Estoniya sərhədini 130 kilometrlik tikanlı məftillə qorumağa hazırlaşır

Estoniya sərhədini 130 kilometrlik tikanlı məftillə qorumağa hazırlaşır Estoniya sərhədlərinin təhlükəsizliyini artırmaq məqsədilə Belarusla 130 km-lik sərhədə tikanlı məftil çəkəcək.
Digər ölkələr
15 Noyabr , 2021 23:26
Estoniya sərhədini 130 kilometrlik tikanlı məftillə qorumağa hazırlaşır

Estoniya sərhədlərinin təhlükəsizliyini artırmaq məqsədilə Belarusla 130 km-lik sərhədə tikanlı məftil çəkəcək.

“Report” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Kalle Laanet bildirib.

“Müdafiə qüvvələri zərurət yaranarsa, tikanlı məftillərin çəkilişinə töhfə verməyə hazırdır. Belarus Polşa və Litva ilə sərhəddə hibrid hücumunu qəsdən artırmaqda davam edir, buna görə də biz Estoniyanın dövlət sərhədini qorumaq üçün lazımi tədbirlər görürük.”, - deyə nazir bildirilib.

Nazir əlavə edib ki, müdafiə qüvvələri vəziyyətin gərginləşməsi halında qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə müttəfiqlərlə daimi təmasda olacaq.

Son xəbərlər

Orphus sistemi