Estoniya parlamenti Baş nazirin istefası ilə bağlı müraciətə baxacaq

Estoniya parlamenti Baş nazirin istefası ilə bağlı müraciətə baxacaq Estoniya parlamentinin Konstitusiya Komissiyası müəlliflərinin ölkə Baş naziri Kaya Kallasın istefasını tələb etdiyi petisiyaya baxmağa başlayıb.
Digər ölkələr
12 Dekabr , 2023 21:13
Estoniya parlamenti Baş nazirin istefası ilə bağlı müraciətə baxacaq

Estoniya parlamentinin Konstitusiya Komissiyası müəlliflərinin Baş nazir Kaya Kallasın istefasını tələb etdiyi petisiyaya baxmağa başlayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Petisiya müəllifləri Baş nazir Kallasın ərinin biznesi ilə bağlı siyasi qalmaqalı önə çəkirlər. Belə ki, onun nəqliyyat şirkəti Ukraynada münaqişə başlayandan sonra da Rusiyaya yük daşımağa davam edib.

Petisiya kollektiv müraciətlərin müzakirəsi və hazırlanması üçün nəzərdə tutulmuş xüsusi “Rahvaalgatus” portalında qeydə alınıb. Parlament azı 1 000 Estoniya sakininin imzaladığı müraciətə baxmağa borcludur. “Kaya Kallasın istefasını tələb edirik” petisiyasına artıq 28 minə yaxın insan rəqəmsal imza atıb.

Son xəbərlər

Orphus sistemi