Estoniya məktəblərində tədris tam dövlət dilində aparılacaq

Estoniya məktəblərində tədris tam dövlət dilində aparılacaq Estoniyanın Təhsil və Elm Nazirliyi məktəblərdə təhsilin 2035-ci ilə qədər eston dilinə tam köçürülməsi planını təqdim edib.
Digər ölkələr
4 Dekabr , 2021 08:26
Estoniya məktəblərində tədris tam dövlət dilində aparılacaq

Estoniyanın Təhsil və Elm Nazirliyi məktəblərdə təhsilin 2035-ci ilə qədər eston dilinə tam köçürülməsi planını təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, nazirlik bununla bağlı dünən qərar qəbul edib.

Sənədə görə, məqsəd 2035-ci ilə qədər dövlət dilində təhsilə keçiddir, yəni dövlət və yerli hökumətlər tərəfindən maliyyələşdirilən məktəb və uşaq bağçalarında təhsil eston dilində aparılmalıdır.

Təhsil və elm naziri Liina Kersna deyib ki, plan Estoniyanın hakim koalisiyası ilə hələ razılaşdırılmayıb.

Hazırda Estoniyanın müxtəlif regionlarında 74 orta məktəbdə tədris rus dilində aparılır.

Son xəbərlər

Orphus sistemi