Estoniya digər ölkələrdən viza almış rusları ölkəyə buraxmayacaq

Estoniya digər ölkələrdən viza almış rusları ölkəyə buraxmayacaq Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla rusları ölkəyə buraxmamağı planlaşdırır.
Digər ölkələr
18 Avqust , 2022 04:52
Estoniya digər ölkələrdən viza almış rusları ölkəyə buraxmayacaq

Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla rusları ölkəyə buraxmamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.

“Hazırda Estoniyada Avropa Birliyinin digər ölkələrində verilmiş vizalarla Estoniyaya girişi qadağan edən bir həll hazırlanır. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi gələn həftə Estoniya tərəfindən verilməmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması barədə mümkün təkliflərini hazırlayacaqlar”-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi