​Estoniya Brüsselin kvotası üzrə qaçqın qəbulundan imtina edib

​Estoniya Brüsselin kvotası üzrə qaçqın qəbulundan imtina edib Ölkə iki il ərzində 1064 nəfər qəbul etməli idi
Digər ölkələr
13 İyun , 2015 04:28
​Estoniya Brüsselin kvotası üzrə qaçqın qəbulundan imtina edib

Bakı. 13 İyun. REPORT.AZ/ Estoniya qaçqın və ya bu statusa namizəd olan insanların qəbulu işində könüllülük prinsipinin tətbiqini təkid edir.

"Report" xəbər verir ki, ölkə parlamentinin Avropa İttifaqı işləri üzrə komissiyası cümə günü Estoniya hökumətinin Avropa Komissiyası tərəfindən qaçqınların qəbulu üzrə təklif olunmuş kvotadan imtinaya dair mövqeyini dəstəkləyib.

Avropa Komissiyasının təklifinə görə, Estoniya iki il ərzində hərbi əməliyyatların getdiyi regionlardan gələn 1064 nəfər qaçqını qəbul etməli idi. Lakin Estoniya Daxili İşlər Nazirliyinin qiymətləndirməsinə görə, ölkə 84-dən 156 nəfərədək qaçqını öz ölkəsində yerləşdirə bilər.

Son xəbərlər

Orphus sistemi