Estoniya baş naziri Rusiyanı təcrid etməyə çağırıb

Estoniya baş naziri Rusiyanı təcrid etməyə çağırıb Estoniyanın Baş naziri Kaya Kallas Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın sərbəst dünyadan təcrid edilməli olduğunu bildirib.
Digər ölkələr
125
8 Mart , 2022 17:42
Estoniya baş naziri Rusiyanı təcrid etməyə çağırıb

Estoniyanın Baş naziri Kaya Kallas Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın sərbəst dünyadan təcrid edilməli olduğunu bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, çərşənbə axşamı Kallas Tallində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Tərəflər Avropada təhlükəsizlik və Ukraynaya dəstək məsələlərini müzakirə ediblər.

Kallas hesab edir ki, indi Ukraynanı siyasi, humanitar, iqtisadi və hərbi mənada dəstəkləmək lazımdır. “Rusiya sərbəst dünyadan təcrid olunmalıdır. Biz yeni reallığa uyğunlaşmalı və öz müdafiəmizlə bağlı müvafiq qərarlar qəbul etməliyik”, - o, Tallində birgə mətbuat konfransında deyib.

Kallas həmçinin Rusiya və Belarus üçün SWIFT-i bağlamaq, kriptovalyuta ilə işi məhdudlaşdırmaq zərurətini qeyd edib.

“Həmçinin Rusiya üçün hava məkanını və dəniz limanlarını bağlamaq lazımdır”, - o əlavə edib.

Kallasın sözlərinə görə, hazırda Rusiyaya qarşı daha bir sanksiyalar paketi hazırlanır.

“Biz ortaq mövqe ortaya qoymalı olan Aİ müttəfiqlərimiz ilə birlikdə işləyirik. Rusiyadan neft və qaz tədarükünə embarqo qoyulması ehtimalına gəlincə, bunun Avropa ölkələrinə müxtəlif dərəcədə təsir edəcəyini söyləmək lazımdır. Bu, embarqodan daha çox zərər çəkəcək ölkələr üçün alternativlərin axtarışını tələb edir. Bunu müzakirə etmək lazımdır”, - Kallas vurğulayıb.

Son xəbərlər

Orphus sistemi