Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"

Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb" Türkiyənin (Suriyada-red) əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb.
Digər ölkələr
15 Oktyabr , 2019 01:41
Mark Esper: Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb

"Türkiyənin (Suriyada-red) əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub. 

Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir. Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır.

Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə - bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.

Son xəbərlər

Orphus sistemi