Tailandda atışmada xəsarət alanların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB-4

Tailandda atışmada xəsarət alanların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB-4 Tailandın Nakhon Ratçhasima şəhərində baş verən atışmada xəsarət alanların sayı 31 nəfərə çatıb.
Digər ölkələr
8 Fevral , 2020 21:32
Tailandda atışmada xəsarət alanların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB-4

Tailandın Nakhon Ratçhasima şəhərində baş verən atışmada xəsarət alanların sayı 31 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Anutxin Çanvirakun bildirib. 

"Hazırda yaralıların sayı 31 nəfərdir, 10 nəfərin vəziyyəti ağırdır", - deyə nazir bildirib. 

O, qeyd edib ki, yaralılar üçün kifayət qədər donor qanı yığılıb. Əgər yenidən qan lazım olsa, nazirlik bu barədə elan verəcək. 


***20:32

Tailandın "Terminal-21" ticarət mərkəzində baş verən atışmada azı ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Konqçil Tantaravanit ölənlərin sayının artdığını təsdiqləyib. 


***19:32

Tailandın Nakhon Ratçhasima şəhərində hərbi hissədən qaçan əsgərin küçədə ətrafdakılara açdığı atəş nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" ölkə polisinə istinadən xəbər verib.

Qeyd edilir ki, hadisə zamanı 17 nəfər ölüb. Əsgər ticarət mərkəzində 16 nəfəri girov götürüb.


***18:32

Tailandda atışma zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb. 


***17:22

Tailandın Nakhon Ratçhasima şəhərində hərbi hissədən yolsuzluq avtomobili ilə qaçan əsgər küçədə yoldan keçənlərə avtomatdan atəşə tutub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, insident nəticəsində azı 12 nəfər ölüb, çox sayda yaralı var.

Yerli KİV onun ticarət mərkəzlərindən birində gizləndiyini yazıb. 

Bildirilib ki, əsgər ticarət mərkəzində 16 nəfəri girov götürüb.

Son xəbərlər

Orphus sistemi