Əsədin əmisi oğluna Suriyanı tərk etmək qadağan edildi

Əsədin əmisi oğluna Suriyanı tərk etmək qadağan edildi Suriyada Dəməşq İnzibati Məhkəməsi suriyalı sahibkar, “Syriatel” mobil operatorunun rəhbəri, prezident Bəşşar Əsədin əmisi oğlu Rami Makhloufun ölkəni tərk etməsinə qadağa qoyub.
Digər ölkələr
22 May , 2020 08:40
Əsədin əmisi oğluna Suriyanı tərk etmək qadağan edildi

Suriyada Dəməşq İnzibati Məhkəməsi suriyalı sahibkar, “Syriatel” mobil operatorunun rəhbəri, prezident Bəşşar Əsədin əmisi oğlu Rami Makhloufun ölkəni tərk etməsinə qadağa qoyub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Qeyd olunub ki, qərarın qəbul edilməsinə səbəb onun dövlətə olan borcudur.

“Syriatel” Suriyadakı ən böyük mobil operatordur (bazarın 70% -i) və bu şirkətin dövlətə borcu 334 milyon ABŞ dollarıdır.

Daha əvvəl, Rami Makhlouf borcunun yalnız bir hissəsini (178,5 milyon ABŞ dolları) ödəməyə hazır olduğunu bəyan edib.  

Son xəbərlər

Orphus sistemi