Əsədə məxsus hərbi təyyarələr İdlibi bombardman edib: 10 ölü, 30 yaralı

Əsədə məxsus hərbi təyyarələr İdlibi bombardman edib: 10 ölü, 30 yaralı Ölən və yaralananların mülki sakinlər olduqları bildirilir
Digər ölkələr
15 Yanvar , 2017 15:53
Əsədə məxsus hərbi təyyarələr İdlibi bombardman edib: 10 ölü, 30 yaralı

Bakı. 15 yanvar. REPORT.AZ/ Suriyada Bəşər Əsədə məxsus hərbi təyyarələr İdlib vilayətini bombardman edib.

"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.

Məlumata görə, Maar Misrendəki bazarın bombardman edilməsi nəticəsində azı 10 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Ölən və yaralananların mülki sakinlər olduqları bildirilir.

Xəbərdə həmçinin qeyd edilir ki, bombardmanlara Rusiya təyyarələri də dəstək verib.

Son xəbərlər

Orphus sistemi