Əsəd "İl-20" təyyarəsinin qəzası ilə bağlı Putinə başsağlığı verib

Əsəd "İl-20" təyyarəsinin qəzası ilə bağlı Putinə başsağlığı verib Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə ərəb ölkəsi ərazisində Rusiyaya məxsus İl-20 tipli təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı teleqramı ünvanlayıb.
Digər ölkələr
20 Sentyabr , 2018 03:41
Əsəd İl-20 təyyarəsinin qəzası ilə bağlı Putinə başsağlığı verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə ərəb ölkəsi ərazisində Rusiyaya məxsus "İl-20" tipli təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı teleqramı ünvanlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə teleqramın mətnində deyilir.

"Suriya xalqı adından Rusiyaya məxsus "İl-20" tipli hərbi gəminin Aralıq dənizi sularında qəzaya uğraması ilə bağlı dərin hüznlə başsağlığı verirəm", - mətndə qeyd olunur.

O həmçinin ümid etdiyini bildirib ki, faciə Rusiya və Suriyanın terrorçuluqla mübarizəsini yarımçıq qoymayacaq.

Bununla belə, Əsəd təyyarənin qəzaya uğramasını "İsrailin təkəbbürlülüyü"nün nəticəsi adlandırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, "İl-20" Suriya RƏM sistemi tərəfindən İsrail HHQ pilotlarının Rusiya təyyarəsi arxasında gizlənməsi səbəbindən vurulub.

Son xəbərlər

Orphus sistemi