Əsəd “Ağ dəbilqəlilər”i “Əl-Qaidə”nin bir hissəsi adlandırıb

Əsəd “Ağ dəbilqəlilər”i “Əl-Qaidə”nin bir hissəsi adlandırıb Suriya prezidentinin sözlərinə görə, bu, sübut edilmiş faktdır
Digər ölkələr
21 Mart , 2017 06:44
Əsəd “Ağ dəbilqəlilər”i “Əl-Qaidə”nin bir hissəsi adlandırıb

Bakı. 21 mart. REPORT.AZ/ Suriyada dinc əhalinin müdafiəsi ilə məşğul olduqlarını iddia edən “Ağ dəbilqəlilər” təşkilatının üzvləri əslində Əl-Qaidə terror qruplaşmasını dəstəkləyirlər.

“Report” xəbər verir ki, bunu rusiyalı jurnalistlərə Suriya prezidenti Bəşər Əsəd deyib.

Onun sözlərinə görə, bu, sübut edilmiş faktdır.

Əsəd əlavə edib ki, “insanları öldürən və edam edən (terror qruplaşmasının) həmin o üzvləri, eyni zamanda humanitar qəhrəmanlardırlar və hazırda onların hətta "Oskar" mükafatları da var”.

Son xəbərlər

Orphus sistemi