Yuxarı

​Əsəd: "ABŞ və Səudiyyə Ərəbistanı Suriyanı terrorçularla danışıqlara məcbur edir"

Mən müxalifətlə danışıqlara hazıram, lakin hər şey məhz kimi müxalifət hesab etməkdən asılıdır

Bakı. 12 dekabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Vaşinqton və Ər-Riyad onu terrorçularla danışıqlara məcbur edir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə o EFE-yə müsahibəsində bildirib.

"Onlar istəyirlər ki, Suriya hakimiyyəti terrorçularla danışıqlar aparsın, mən düşünmürəm ki, hansısa ölkədə buna razılaşardılar", — deyə o bildirib.

Əsəd qeyd edib ki, "müxalifətlə danışıqlara hazırdır, lakin hər şey məhz kimi müxalifət hesab etməkdən asılıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi