“Əş-Şəbab” qruplaşması Somalidə 4 şəhəri ələ keçirib

“Əş-Şəbab” qruplaşması Somalidə 4 şəhəri ələ keçirib Ötən həftəsonu radikal “Əş-Şəbab” qruplaşmasının silahlıları Somalidə 4 şəhəri ələ keçirib. Bu barədə “Report” yerli “Halgan Media” nəşrinə istinadən xəbər verir.
Digər ölkələr
7 İyun , 2021 13:33
“Əş-Şəbab” qruplaşması Somalidə 4 şəhəri ələ keçirib

Ötən həftəsonu radikal “Əş-Şəbab” qruplaşmasının silahlıları Somalidə 4 şəhəri ələ keçirib.

Bu barədə “Report” yerli “Halgan Media” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, silahlılar şənbə günü Varsiiz, Kuordhir və Vararaksli şəhərlərini ələ keçiriblər. Hökumət qüvvələrinin gözlənilmədən şəhəri tərk etməsindən sonra bazar günü axşam onlar Varmaksan şəhərində nəzarəti ələ alıblar.

Nəşr yazır ki, hökumət qüvvələri və müttəfiq xarici qüvvələr üçün ən əhəmiyyətli itki Varmaksan şəhərinin ələ keçirilməsi olub. Bu şəhər Afqoye və Vanlaveyn rayonlarını birləşdirən yolda yerləşir. Afqoye rayonu paytaxt Moqadişodan cəmi 30 km, Vanlaveyn isə ABŞ-ın nəzarətində olan hərbi bazadan cəmi 20 km məsafədədir.

Son xəbərlər

Orphus sistemi