Əş-Şəbab qruplaşmasının hücumu nəticəsində Keniya fəhlələri öldürülüb

Əş-Şəbab qruplaşmasının hücumu nəticəsində Keniya fəhlələri öldürülüb Keniya ilə Somali sərhədindəki hərbi hissəyə yaxın ərazidə baş vermiş hücum nəticəsində ən azı 14 adam öldürülüb
Digər ölkələr
7 İyul , 2015 21:37
Əş-Şəbab qruplaşmasının hücumu nəticəsində Keniya fəhlələri öldürülüb

Bakı. 7 iyul. REPORT.AZ/ Keniya ilə Somali sərhədindəki hərbi hissəyə yaxın ərazidə baş vermiş hücum nəticəsində ən azı 14 adam öldürülüb və bir neçə nəfər yaralanıb. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyətinin yerli mədən işçiləri olduğu bildirilir. Somalidə fəaliyyət göstərən əş-Şəbab qrupunun hücumda əli olduğu bildirilir.

Keniyanın Qırmızı Xaç təşkilatı yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə təyyarə göndərdiyini qeyd edib.

Əş-Şəbab məsuliyyəti üzərinə götürməyib. Lakin islamçı qrupun silahlıları keçmişdə bənzər hücumlarla tanınıb.

Son xəbərlər

Orphus sistemi