Bakı. 02 noyabr. REPORT.AZ/ "Əş-Şabab" təşkilatına üzv olan terrorçular Somalidə Xüsusi təyinatlı qüvvələrin Hərbi hazırlıq məktəbinə hücum ediblər.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, gözlənilmədən baş verən hücum nəticəsində 30-dan çox gənc hərbçi qətlə yetirilib.
Somali rəsmiləri hərbçilərlə terrorçular arasında döyüşlərin hazırda da davam etdiyini bildirib.