"Əş-Şabab" qruplaşması Keniyada avtobusa hücuma görə məsuliyyəti öz üzərinə götürüb

"Əş-Şabab" qruplaşması Keniyada avtobusa hücuma görə məsuliyyəti öz üzərinə götürüb Hücum nəticəsində 28 nəfər həlak olub
Digər ölkələr
22 Noyabr , 2014 18:45
Əş-Şabab qruplaşması Keniyada avtobusa hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Keniya ərazisində fəaliyyət göstərən "Əş-Şabab" islam qruplaşması sərnişin avtobusuna silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. "Report"un "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü səhər saatlarında avtobus Mandera şəhərindən Nayrobi istiqamətində hərəkət edərkən şəhərin yaxınlığında baş verib. Hücum nəticəsində 28 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarına görə, hücumda 100-ə yaxın silahlı islamçı istirak edib.

"Sinhua" agentliyinin məlumatına görə, yaraqlılar avtobusu saxlayaraq sərnişinləri nəqliyyat vasitəsini tərk etməyə məcbur ediblər. Somali vətəndaşları olmayan bütün sərnişinlər yerindəcə güllələnib. 

Son xəbərlər

Orphus sistemi