Ermənistanda son sutkada 2500-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada 2500-dən çox yoluxma qeydə alınıb Ermənistanda son sutkada daha 2 594 nəfərdə COVID-19 aşkarlanıb.
Digər ölkələr
29 Yanvar , 2022 11:12
Ermənistanda son sutkada 2500-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada daha 2 594 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 364 348-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 8 041-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 529 nəfərdir. İndiyədək 335 462 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 316 nəfər müalicə olunur.

Son xəbərlər

Orphus sistemi