Yuxarı

​Ermənistanda elektrik enerjisinin tarifləri kəskin artıb

Yerevanın mərkəzində azsaylı etiraz aksiyaları davam edir

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gündən Ermənistanda elektrik enerjisinin yeni tarifləri qüvvəyə minib. Bir müddət əvvəl Yerevanda elektrik enerjisinin qiymətlərinin artmasına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. "Report" BBC-yə istinadən xəbər verir ki, gündüz tarifləri 16,5% qalxıb.

İyunun 19-dan Yerevanda elektrik enerjisinin tariflərinin artırılması barədə qərara qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib və nümayişlər üç həftə çəkib. Ermənistan prezidenti Serj Sarqsyan iyunun 27-də ölkənin energetika siyasətinə məsul şəxslərlə keçirilən müşavirə zamanı bəyan edib ki, "EEŞ" şirkətində beynəlxalq audit keçiriləcək, həmin yoxlamalar bitənədək isə hakimiyyət "tariflərin artırılması yükünü" öz üzərinə götürəcək. Auditin keçirilməsi barədə yekun qərar hələ qəbul edilməyib. Hazırda Yerevanın mərkəzində azsaylı etiraz aksiyaları davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi