Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib

Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib Ermənistanda kənd təsərrüfatı şirkətinin direktoru Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan sərmayədarın 515 milyon dram (1,07 milyon dollar) məbləğində pulunu mənimsəyib.
Digər ölkələr
16 Noyabr , 2019 11:50
Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib

Ermənistanda kənd təsərrüfatı şirkətinin direktoru Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan sərmayədarın 515 milyon dram (1,07 milyon dollar) məbləğində pulunu mənimsəyib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) saytı yayıb.

Bildirilib ki, BƏƏ təbəəsi 2016-cı ildə Ermənistanın kənd təsərrüfatına, o cümlədən torpaq sahələrinin satın alınmasına 7 milyon dollar sərmayə qoyub. Adı açıqlanmayan həmin iş adamı işləri Ermənistandakı tanışına həvalə edib. Həmin erməni isə saxta mühasibat sənədləri ilə BƏƏ təbəəsinin 1,07 milyon dollarını ələ keçirib.

Son xəbərlər

Orphus sistemi