Yuxarı
    Bağlamaq

    Ermənistan Türkiyədən quş məhsullarının idxalına qadağa qoyub

    Qərar Türkiyədən Ermənistana quş qripi virusunun keçməsinin qarşısının alınması məqsədilə verilib

    Bakı. 7 may. REPORT.AZ/ Ermənistanın Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Xidməti mayın 7-də ölkəyə Türkiyə quş məhsullarının idxalına qadağa qoyub. 

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Dövlət Xidmətinin rəisi Armen Ayrapetyanın qərarına əsasən, 2015-ci il mayın 7-dən etibarən ölkəyə diri quş, quş məhsulları, damazlıq yumurta, yem, quş tükü və digər məhsulların gətirilməsi yasaqlanıb. Qərar Türkiyədən Ermənistana "quş qripi" virusunun keçməsinin qarşısının alınması məqsədilə verilib. 

    Qadağa Türkiyədən Ermənistan ərazisinə 2015-ci il aprelin 23-dək gətirilən məhsullara aid deyil. 

    Məlumatda qeyd olunur ki, Türkiyədən idxal edilən ərzaq məhsulları Ermənistanda xüsusi laborator müayinədən keçirilir və yalnız bundan sonra onların Ermənistan ərazisində istifadəsinə icazə verilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi