Yuxarı
    Bağlamaq

    Ermənistan prezidenti Gümrüdəki Rusiya bazasına hərbi güc verilməsini dəstəkləyir

    Serj Sarqsyan: Kiçik Ermənistanda bir baza, məncə, kifayətdir

    Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan ölkədə Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanı barədə danışıb.

    "Report" xəbər verir ki, o, bu məsələyə "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində toxunub.

    "Məncə, yeni hərbi bazaya ehtiyac yoxdur. Çünki Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanlarına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır", - deyə S.Sarqsyan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi