Yuxarı

Ermənipərəst amerikalı senator korrupsiyada ittiham olunur

Robert Menendes vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müqabilində hədiyyələr alırmış

Bakı. 2 aprel. REPORT.AZ/ Ermənistan və erməni diasporunun aktiv dəstəkçisi kimi tanınan ABŞ Demokrat Partiyasının nümayəndəsi, senator Robert Menendesə qarşı rəsmi şəkildə korrupsiya ittihamı irəli sürülüb.

"Report"un  Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, R.Menendes vəzifə səlahiyyətlərindən istifadə edərək, yaxın tanışına yardım edirmiş və bunun müqabilində "hədiyyələr" alırmış.

Xatırladaq ki, məhz bu senator vaxtı ilə Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsinin qarşısını alan şəxslər sırasındaydı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi