İsrail gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb

İsrail gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb Ərəbistan dənizində ötən gecə Liberiya bayrağı altında olan, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyindəki “Mercer Street” tankeri hücuma məruz qalıb.
Digər ölkələr
153
30 İyul , 2021 17:21
İsrail gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri hücuma məruz qalıb.

“Report” AP-yə istinadən xəbər verir ki, tanker Omana məxsus Məsirah adası yaxınlığında atəşə tutulub, nəticədə Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü öldürülüb.

"Zodiac Maritime" şirkəti gəminin Darəssalamdan (Tanzaniya) Birləşmiş Ərəb Əmirliklərinin Fucəyrah limanına yüksüz getdiyini bildirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını irəli sürüb.

Son xəbərlər

Orphus sistemi