​Ərəb şirkəti "Miramax Films" kinostudiyasını alıb

​Ərəb şirkəti "Miramax Films" kinostudiyasını alıb "BeIN Media Group" 24 ölkədə nüfuz dairəsini genişləndirmək imkanı qazanıb
Digər ölkələr
3 Mart , 2016 06:52
​Ərəb şirkəti Miramax Films kinostudiyasını alıb

Bakı. 3 mart. REPORT.AZ/ Amerikanın "Miramax Films" kino şirkəti Qətərdə yerləşən "BeIN Media Group" media şirkəti ilə kinostudiyanın satışına dair saziş bağlayıb.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə "Miramax Films"in baş direktoru məlumat verib.

"Biz dünyada müstəqil kommersiya kinosunun pioneri kimi mövqeyimizi daha da möhkəmləndirərək, "BeIN"in rəhbərliyi altında televiziya və kino məhsullarımızın bundan sonra da geniş yayılmasını səbirsizliklə gözləyirik", — deyə baş direktor qeyd edib.

Qeyd olunur ki, bu sövdələşmə Qətər şirkətinə 24 ölkədə öz nüfuz dairəsini genişləndirmək imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi