Yuxarı

Ərəb ölkələrinin XİN rəhbərləri Yəməndəki vəziyyəti müzakirə edəcək

Nazirlər Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası sammitinə hazırlıq məsələlərini müzakirə edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası xarici işlər nazirləri aprelin 29-da regional təşkilatın sammitinin hazırlığı üçün ər-Riyadda toplanacaq. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Mayın 5-də Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək görüşə hazırlıqdan başqa XİN rəhbərləri regionda və Yəməndə vəziyyəti müzakirə edəcək.

Ərəb ölkələri rəhbərlərinin sammiti mayın 13-14-də ölkə liderlərinin ABŞ prezidenti Barak Obama ilə keçirəcəyi görüşə həsr olunub. Ağ ev mətbuat xidmətinin məlumatına görə, görüşdə Yaxın Şərqdə tərəfdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. 

Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə görüşün ilk gününün Vaşinqtonda prezidentin baş iqamətgahında, ikinci gününün isə Virciniya ştatındakı Kemp-Deviddə keçəcəyi gözlənilir. 

Yəməndə husilərə qarşı əməliyyat martın 26-da başlayıb və rəsmi olaraq aprelin 21-də başa çatıb. Ərəb koalisiyasına Səudiyyə Ərəbistanı rəhbərlik edib. Əməliyyatda Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Misir, İordaniya, Mərakeş və Sudan qüvvələri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi