Bakı. 9 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terrorçuluğu maliyyələşdirən və Qətərin dəstəyini alan 69 şəxs və 12 təşkilatı qadağan olunmuş terror siyahısına daxil etmək qərarına gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
"Dörd dövlət 69 nəfər və 12 təşkilatı yenilənəcək qadağan olunmuş terror siyahısına daxil etmək barədə razılığa gəlib", — deyə bəyanatda bildirilir.