Yuxarı
    Bağlamaq

    Ərəb ölkələri Qətərdən İranla əlaqələri kəsməyi və Türkiyə bazasını bağlamağı tələb edir

    Qətər həm də Al-Jazeera telekanalını bağlamalıdır© Courtesy İmage

    Bakı. 23 iyun. REPORT.AZ/ Ərəb ölkələri Qətərə münasibətlərin normallaşdırılması üçün yerinə yetirməli olduğu tələblərin siyahısını təqdim ediblər.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı gözləyirlər.

    Qətər həm də, "Al-Jazeera" telekanalını bağlamalıdır.

    Bundan əvvəl Küveytin 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.

    İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi