Yuxarı

​Ərəb ölkələri birləşmiş Silahlı Qüvvələrinin yaradılmasına hazırlıq işləri iyunun 29-dək başa çatmalıdır

Misirdə gələcək hərbi alyansın özəyini təşkil edəcək

Bakı. 23 may. REPORT.AZ/ Ərəb ölkələri Silahlı Qüvvələrinin yaradılması üçün hazırlıq prosedurları iyunun sonuna qədər başa çatmalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə MƏR silahlı qüvvələrinin qərargah rəisi general-leytenant Mahmud Higazi mayın 23-də Qahirədə işinə başlayan Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələri silahlı qüvvələrinin komandanlarının toplantısında deyib.

Birləşmiş Ərəb silahlı qüvvələrinin yaradılması haqqında razılıq martın sonunda Şarm əş-Şeyxdə baş tutan Liqanın 26-cı sammitində əldə olunub.

Vahid regional SQ əsas məqsədi zərurət yarandıqda Ərəb ölkələrinin "təhlükəsizlik və sabitliyini təmin etmək", həmçinin "bu ölkələrin milli təhlükəsizliyi və suverenliyinə təhlükə yarandığı, o cümlədən terrorla bağlı, birbaşa təhlükə yaranarsa, dərhal bunun qarşısının alınmasına xidmət edir".

Sənəddə deyilir ki, bu silahlı birləşmələr hər hansı bir dövlətin xahişi ilə bu ölkəyə hərbi müdaxilə edə bilər.

Burada iştirak etmək hər bir ərəb ölkəsi üçün zəruri deyil və onların istəyindən asılı olacaq.

Hələlik altı dövlət silahlı qüvvələrin tərkibində iştirakını təsdiqləyib. Bu ölkələr Bəhreyn, Misir, İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır.

Ərəb regionunda ən güclü orduya malik Misir gələcək hərbi alyansın özəyini təşkil edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi