Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib

Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib Bakı. 18 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bazar ertəsi üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücum başladıldığı bəyan edib.
Digər ölkələr
18 Sentyabr , 2018 01:52
Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bazar ertəsi üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücum başladıldığı bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin qərb sahilindəki alyans qüvvələrinin komandanı briqada generalı Əli ət-Tunəyçi WAM agentliyinə deyib.

"Koalisiya Yəmənin birləşmiş müqavimət qüvvələri ilə Hudeyda şəhərini azad etmək üçün husilərin nəzarətində olan mövqelərə qarşı bir neçə istiqamətdən genişmiqyaslı hücum əməliyyatı həyata keçirir. Hazırda bir neçə mühüm ərazi ələ keçirilib, üsyançıların Sənadan gələn təchizat yolu kəsilib", - deyə o bildirib.

"Sky News Arabia" telekanalının məlumatına görə, alyansın döyüş aviasiyası havadan quru qoşunlarına dəstək verir. Liman şəhərinin qərb sahilində partlayış və atışma səsləri eşidilir.

Son xəbərlər

Orphus sistemi