Bakı. 22 aprel. REPORT.AZ/ "Ərəb koalisiyası" Yəməndə hərbi əməliyyatların başa çatmasına dəqiqələr qalmış paytaxt Sənada və iri liman şəhəri Ədəndə hərbi obyektlərin bombardımanını bərpa edib.
"Report" xəbər verr ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Yəmən komandanlığının nümayəndəsi Xalid Cabir məlumat verib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb dövlətləri koalisiyası qarşıya qoyulan bütün məqsədlərə nail olduqdan sonra Yəməndə "Qətiyyət fırtınası" hərbi əməliyyatının başa çatdığını və "Ümidlərin doğması" adlı yeni əməliyyatlara başlandığını bəyan edib.
İkinci əməliyyatların hədəfi siyasi proseslərin bərpası və terrorçuluqla mübarizə, həmçinin şiə üsyançılara qarşı müqavimət göstərməkdir.