Yuxarı

​Ərəb koalisiyası səhvən öz müttəfiqini bombalayıb, 30 əsgər ölüb

Aviazərbə nəticəsində daha 40 nəfər yaralanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası səhvən Yəmənin Taiz şəhərində prezident Əbd Rəbbu Mansur Hadiyə sadiq qüvvələrin yerləşdiyi düşərgəni bombalayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə 30 əsgər həlak olub.

“Koalisiya səhv hədəfi bombalayıb ”, - deyə hakimiyyət nümayəndələrindən biri bildirib.

Agentliyin məlumatına görə, aviazərbə nəticəsində daha 40 nəfər yaralanıb.

Ərəb koalisiyası və Yəmən hökuməti baş verən hadisəni hələ ki, şərh etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi