Yəməndə hotelin bombalanması nəticəsində 50 nəfər həlak olub - YENİLƏNİB

Yəməndə hotelin bombalanması nəticəsində 50 nəfər həlak olub - YENİLƏNİB Aviazərbələr endirilən hotel paytaxt Sənanın cənubunda yerləşir
Digər ölkələr
22 Sentyabr , 2015 15:41
Yəməndə hotelin bombalanması nəticəsində 50 nəfər həlak olub - YENİLƏNİB

Bakı. 22 sentyabr. REPORT.AZ/ Yəmən paytaxtı Səna şəhərindəki hotelə Ərəb ölkələri koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

***14:51

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ərəb koalisiyası qüvvələrinin Yəmənin paytaxtı Səna şəhərindəki hotelə aviazərbələr endirməsi nəticəsində azı 20 nəfər həlak olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Aviazərbələr endirilən otel paytaxt Sənanın cənubunda yerləşir. Hava hücumu nəticəsində zərərçəkənlərin dəqiq sayı haqqında məlumat verilmir.

Hadisə yerində araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi