Yuxarı
    Bağlamaq

    Ərəb koalisiyanın aviahücumları nəticəsində Yəməndə 16 nəfər həlak olub

    Yarim şəhərində bombardman qurbanlarının sayı 16-ya çatıb

    Bakı. 14 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyanın hava hücumları nəticəsində Yəmənin cənub-qərbində yerləşən Yarim şəhərində 16 nəfər ölüb, 22 nəfər yaralanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölən və yaralananların hamısı dinc sakinlər olub.

    Məlumata görə, bazar ertəsi təyyarələr neft terminalına zərbələr endirib, bir neçə mərmi neft və qazla dolu avtosisternlərə düşüb və nəticədə güclü yanğın baş verib. 

    Bundan əlavə, şəhərin şimal girişi də zərbələrə məruz qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi