Yuxarı
    Bağlamaq

    Ərəb koalisiyası Yəməndə atəşkəsin başa çatdığını elan edib

    Əhməd Asiri: Atəşkəs şəraitinin uzadılması şərtlərinin yerinə yetirilməməsi Yəməndə atəşkəsin başa çatması deməkdir

    Bakı. 21 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının nümayəndəsi Əhməd Asiri Yəməndə atəşkəsin başa çatdığını elan edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, atəşkəsin uzadılmayacağını bildirib.

    "Atəşkəs şəraitinin uzadılması şərtlərinin yerinə yetirilməməsi Yəməndə atəşkəsin başa çatması deməkdir", - deyə Ə.Asiri "Əl-Cəzirə" telekanalına açıqlamasında deyib.

    Qeyd edək ki, Yəmən münaqişəsində 48 saatlıq atəşkəs noyabrın 19-da Ərəb koalisiyası tərəfindən elan olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi