Yuxarı
    Bağlamaq

    ​Ərəb Əmirliyində ilk dəfədir Qadınlar Günü bayramı qeyd edilir

    Dövlət orqanlarında işləyənlərin 66 faizi qadındır

    Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tarixində ilk dəfədir milli Qadınlar Günü keçirilir.

    "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

    Ailələrin İnkişafı Fondunun başçısı Fatima bin-Mübarək deyib ki, bu tədbirdə diqqət ilk növbədə Yəməndə husilərə qarşı əməliyyatlarda həlak olan əmirlik hərbçilərinin analarına ayrılacaq: "Əmirliyin tarixində ilk dəfə keçirilən bu mərasim hərbi işlərlə bağlı olan qadınlara həsr edilib. Canlarını dövlətimizə qurban verən övladların anaları üçün tarixi gündür".

    Məlumata görə, BƏƏ qadınlar həbri aviasiya da daxil olmaqla Silahlı Qüvvələrdə könüllü xidmət edirlər.

    Hazırda əmirliyin 4 qadın vətəndaşı səfirdir. Onlardan biri ölkəsini BMT-də təmsil edir.

    BƏƏ Daxili İşlər Nazriliyinin xüsusi hesabatında bildirilib ki, dövlət orqanlarında işləyənlənrin 66 faizi qadındır. Onların 30 faizi rəhbər vəzifələrdə çalışır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi