Yuxarı

​Ərəb dövlətləri ümumi qoşun yaratmaq haqda razılığa gəlib

Liqanın zirvə toplantısının müzakirəsinə bununla bağlı qətnamə layihəsi də çıxarılmışdı

Bakı. 29 mart. REPORT.AZ/ Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələr ümumi silahlı qüvvələrin yaradılması haqda razılığa gəlib.

"Report" "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

Xatırladaq ki, martın 28-də Misirin Şarm əş-Şeyx şəhərində liqaya üzv dövlətlərin liderlərinin 26-cı sammiti işə başlayıb. Zirvə toplantısının müzakirəsinə ümumi silahlı qüvvələrin yaradılmasına dair qətnamə layihəsi də çıxarılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi