Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək İclas aprelin 3-nə nəzərdə tutulub
Digər ölkələr
2 Aprel , 2018 01:12
Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası (ƏDL) aprelin 3-də Qəzza zolağındakı vəziyyətlə bağlı daimi nümayəndələr səviyyəsində təcili iclas keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Pan-Ərəb Təşkilatı baş katibinin Fələstin işləri üzrə köməkçisi Səid Əbu Əli "Ad Dustour" qəzetinə müsahibəsində deyib.

Təcili yığıncağın keçirilməsi sorğusu ilə Fələstin müraciət edib. Misir, Küveyt və İordaniya onu dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi