Ərdoğanla Tramp arasında telefon danışığı olub - YENİLƏNİB

Ərdoğanla Tramp arasında telefon danışığı olub - YENİLƏNİB Danışıqlarda Suriyada yaranmış son vəziyyət müzakirə edilib
Digər ölkələr
12 Aprel , 2018 07:40
Ərdoğanla Tramp arasında telefon danışığı olub - YENİLƏNİB

Bakı. 12 aprel. REPORT.AZ/ Ağ Ev ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, xəbərdə bildirilir ki, iki ölkənin rəhbəri Suriya böhranını müzakirə ediblər. 

ABŞ və Türkiyə rəhbərləri bu ölkə ətrafında yaranmış vəziyyət ətrafında sıx əlaqə saxlamağı razılaşdırıblar.

"Prezident Donald Tramp Suriyada hazrıkı böhranı müzakirə etmək üçün bu gün Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğanla telefon danışığı aparıb. Liderlər bu vəziyyət ətrafında sıx əlaqə saxlamağı razılaşdırıblar", - deyə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmi Dəməşqi Şərqi Qutada, Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. 


***02:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlarda Suriyada yaranmış son vəziyyət müzakirə edilib. Tərəflər mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Danışıqların geniş təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi