Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Nyu-Yorkda ukraynalı həmkarı Petro Poroşenko ilə görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti P. Poroşenko özünün "Twitter" səhifəsində yayıb.
Görüş zamanı Ukrayna-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Şuranın 6-cı iclası müzakirə olunub.
Qeyd olunur ki, növbəti iclas Kiyevdə keçiriləcək.