Ərdoğanla Makron İdlibdəki vəziyyəti müzakirə etdilər

Ərdoğanla Makron İdlibdəki vəziyyəti müzakirə etdilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Digər ölkələr
4 mart 2020 20:50
Ərdoğanla Makron İdlibdəki vəziyyəti müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları danışıqların gedişatında İdlibdə yaranmış vəziyyəti müzakirə ediblər. Hər iki ölkə başçısının telefon danışığında həmçinin qaçqınlarla bağlı vəziyyət də diqqət mərkəzində olub.

Qeyd edək ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun açıqlamasına görə, artıq 130 mindən çox qaçqın Türkiyədən Avropaya keçə bilib. 

Son xəbərlər

Orphus sistemi