Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil Rəsmi Ankara Mənbic şəhərinin terrorçulardan azad edib onu ərəblərə təhvil vermək niyyətindədir
Digər ölkələr
20 Yanvar , 2018 20:37
Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil
Foto: "Anadolu"

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə təkcə Suriyanın Afrinini yox, həmçinin Fərat çayından şərqə, İraq sərhədinədək əraziləri terrorçulardan təmizləmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi İlnur Çevik deyib.

"Hal-hazırda Türkiyə Silahlı Qüvvələri Afrində PKK-ya məxsus mövqelərə havadan və artilleriya qurğularından zərbələr endirir. Türkiyə "Fərat qalxanı" əməliyyatında olduğu kimi terrorçuları Suriya ilə sərhəddəki ərazilərdən vurub çıxarır. Hesab edirik, yaxın zamanda yeni əməliyyatın əsas hissəsi başlayacaq. Türkiyənin hədəfi Fərat çayından şərqə, İraq sərhədinədək ərazilərdə terrorçuları məhv etməkdir", - deyə o bildirib.

O, həmçinin əlavə edib ki, rəsmi Ankara Manbic şəhərinin terrorçulardan azad edərək onu ərəblərə təhvil vermək niyyətindədir.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırda PKK döyüşçüləri ABŞ-ın onlara verdiyi silahları yığıb Suriyanın içərilərinə doğru qaçır. 

Son xəbərlər

Orphus sistemi