Ərdoğan viza böhranında ABŞ-ı ittiham edib

Ərdoğan viza böhranında ABŞ-ı ittiham edib "ABŞ viza böhranını özü başladı və özü də bitirdi"
Digər ölkələr
31 Dekabr , 2017 00:47
Ərdoğan viza böhranında ABŞ-ı ittiham edib

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında yaranmış viza böhranına görə Amerikanı ittiham edib.

“Report” xəbər verir ki, Ərdoğanın sözlərinə görə, ABŞ viza böhranını özü başladı və özü də bitirdi.

"Onlar viza böhranını başladı və sağ olsunlar ki, özləri də onu başa vurdu", – deyə RİA "Novosti" Ərdoğanın sözlərini sitat gətirib.

Türkiyə lideri qeyd edib ki, onun ölkəsi viza böhranının yaranmasını istəmirdi.

Cümə axşamı ABŞ-ın Ankaradakı səfirliyi viza xidmətindəki bütün məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib. Türkiyə cavab olaraq ABŞ ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Son xəbərlər

Orphus sistemi