Ərdoğan: "Türkiyənin daha Avropa Birliyinə üzv olmağa ehtiyac yoxdur"

Ərdoğan: "Türkiyənin daha Avropa Birliyinə üzv olmağa ehtiyac yoxdur" Türkiyənin ilk müraciəti səhv başa düşülüb
Digər ölkələr
1 Oktyabr , 2017 17:22
Ərdoğan: Türkiyənin daha Avropa Birliyinə üzv olmağa ehtiyac yoxdur
"Reuters"

Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayib Ərdoğan bildirib ki, daha onun ölkəsinin Avropa Birliyinə üzv olmağa ehtiyacı yoxdur.

"Report"un məlumatına görə, bu barədə "Sabah" xəbər verib.

"Biz Türkiyənin 1963-cü ildə nümayiş etdirdiyi münasibətin – ölkənin ilk dəfə quruma daxil olması haqda xahişinin Avropa Birliyində düzgün başa düşülmədiyini görürük", deyə o bildirib.

Daha əvvəl Türkiyədə Avropa Birliyini birləşmə haqqında danışıqları "uşaq oyununa" çevirməməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi