Ərdoğan: "Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi"

Ərdoğan: "Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi" Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi.
Digər ölkələr
111
23 Noyabr , 2019 07:52
Ərdoğan: Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi

"Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin terrorçuluğa qarşı "Barış pınarı" əməliyyatını şərh edərkən deyib.

"Onlar (YPG/PKK terrorçuları) Suriyanın şimalında terror dövlətini yaratmaq istəyirdilər, amma biz onlara belə imkanı vermədik", - deyə İzmir əyalətində çıxış edən Türkiyə lideri bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə hərbçiləri regionda 32000-33000 yük maşınında terrorçulara çatdırılmış silahların saxlanıldığı anbarları aşkarlayıblar. "Biz indi onları yığırıq (anbarlarda saxlanılan silahları - red"), - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Ərdoğan qeyd edib ki, Suriyanın şimalının terrorçulardan təmizlənilməsi əməliyyatının gedişatında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Suriya milli ordusunun döyüşçüləri ilə birlikdə qəhrəmanlıq və fədakarlıq göstərib.

Son xəbərlər

Orphus sistemi