Ərdoğan Suriyanın şimalında qaçqınlar üçün şəhər tikməyi təklif edib

Ərdoğan Suriyanın şimalında qaçqınlar üçün şəhər tikməyi təklif edib "Yeni şəhərin infrastrukturunu Türkiyə yaradacaq, tikinti işləri isə beynəlxalq ictimaiyyətin dəstəyi ilə həyata keçiriləcək"
Digər ölkələr
5 Mart , 2016 12:32
Ərdoğan Suriyanın şimalında qaçqınlar üçün şəhər tikməyi təklif edib

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında qaçqınların yerləşdirilməsi üçün şəhər tikməyi təklif edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o bu fikri "Yaşıl ay" qeyri-hökumət təşkilatının mükafatlandırma mərasimində söyləyib.

"Yeni şəhərin infrastrukturunu Türkiyə yaradacaq, tikinti işləri isə beynəlxalq ictimaiyyətin dəstəyi ilə həyata keçiriləcək. Biz orada Suriyanı tərk etmək məcburiyyətində qalanları, hətta Türkiyədə sığınacaq tapanları da yerləşdirə bilərik. Bu məsələni cənab Obama ilə müzakirə etmişik, hətta koordinatları da müəyyənləşdirmişik. Lakin hələlik heç nə reallaşmayıb. Hər şey qəbul ediləcək qərardan asılıdır. Əzm və iradə göstərmək lazımdır", - deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, Türkiyə sərhədlərinin bilavasitə yaxınlığında yerləşəcək və 4,5 min kvadrat kilometr sahəni əhatə edəcək yeni şəhərin arxitekturası yerli ənənələrə cavab verə bilər.

"Qərb ölkələrindən fərqli olaraq, Türkiyənin qapısı qaçqınlara açıq olaraq qalacaq. Amma daha şüurlu olmaq lazımdır. Bu problemi birlikdə həll etməliyik", - deyə R.T.Ərdoğan sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi