Yuxarı
    Bağlamaq

    Ərdoğan: Suriyada gələcək prezident seçkilərində Bəşər Əsəd iştirak etməyəcək

    Türkiyə və ABŞ-ın İŞİD qruplaşmasına qarşı birgə əməliyyat planı da qüvvədədir.

    Bakı. 19 noyabr. REPORT.AZ/ Suriyadakı böhranla bağlı Vyanada keçirilən son görüşdə Bəşər Əsədin gələcək prezident seçkilərində iştirak etməyəcəyinə dair razılıq əldə edilib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

    "Gələcək seçkilərdə bütün suriyalıların iştirakını vacib sayırıq. Söylədiklərim sadəcə Suriya daxilində olanları aid deyil. Hazırda Türkiyə, Livan və İordaniyada düşərgələrdə yaşayan insaları da nəzərdə tuturam", - deyə Ərdoğan vurğulayıb.

    O, həmçinin, qeyd edib ki, Türkiyə və ABŞ-ın "İŞİD" qruplaşmasına qarşı birgə əməliyyat planı da qüvvədədir.

    Ərdoğanın sözlərinə görə, Türkiyə daxilində terrorçuların olmadığını bəyan etmək düzgün olmazdı, ancaq müvafiq strukrular onlara qarşı ciddi iş aparır. O, qeyd edib ki, əyər avropalı həmkarlar Ankaraya daha çox məlumat versə" İŞİD üzvlərinə qarşı daha operativ addımlar atıla bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi