Ərdoğan: "Suriya üzrə danışıqlara Səudiyyə Ərəbistanı və Qətər də qoşulmalıdır"

Ərdoğan: "Suriya üzrə danışıqlara Səudiyyə Ərəbistanı və Qətər də qoşulmalıdır" "Ər-Riyad və Doha Suriya münaqişəsinin nizamlanmasında dəstək göstərib"
Digər ölkələr
28 Dekabr , 2016 02:36
Ərdoğan: Suriya üzrə danışıqlara Səudiyyə Ərəbistanı və Qətər də qoşulmalıdır

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Astanada Suriya ilə bağlı aparılacaq danışıqlara Səudiyyə Ərəbistanı və Qətər qoşulmalıdır.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Ər-Riyad və Doha Suriya münaqişəsinin nizamlanmasında "xoş məram və dəstək nümayiş etdirdikləri üçün" görüşdə iştirak etməlidirlər.

Ərdoğan, bununla yanaşı qeyd edib ki, Ankaranın kürd birləşmələrlə əlaqədə şübhəli bildiyi "terror təşkilatları" danışıqlara dəvət olunarsa, Türkiyə iştirakdan imtina edəcək.

Son xəbərlər

Orphus sistemi