Ərdoğan Şanlıurfadakı terror barədə məlumatı təyyarədən enərkən alıb

Ərdoğan Şanlıurfadakı terror barədə məlumatı təyyarədən enərkən alıb O, Şanlıurfanın valisi İzzəttin Küçük və digər rəsmi şəxslərlə telefon əlaqəsi saxlayıb
Digər ölkələr
20 İyul , 2015 16:47
Ərdoğan Şanlıurfadakı terror barədə məlumatı təyyarədən enərkən alıb

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada baş verən hadisə barədə məlumatı təyyarədən enərkən telefonla alıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı Şanlıurfanın valisi İzzəttin Küçük və digər rəsmi şəxslərlə telefon əlaqəsi saxlayıb.

Belə ki, Kipr Sülh Hərəkatının 41-ci ildönümü mərasimlərinə qatılmaq üçün Şimali Kipr Türk Cümhuriyyətinə səfər edən dövlət başçısı hava limanına çatan kimi Suruçdakı terror aktı ilə bağlı telefon danışıqları aparıb.

Son xəbərlər

Orphus sistemi