Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqlayıb

Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqlayıb “Sabah Rusiya və Uktayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin etmələrini ümid edirəm”.
Digər ölkələr
359
9 Mart , 2022 13:48
Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan

“Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski və Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə telefon danışığı aparıb: “Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda, müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neytrallığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”.

Qeyd edək ki, martın 10-da Türkiyənin Antalya şəhərində Ukrayna və Rusiyanın XİN başçıları Dmitro Kuleba və Sergey Lavrov arasında görüş olacaq.

Son xəbərlər

Orphus sistemi